Satılır 2 otaqlı yeni tikili 65 m², Nizami m.
Malibo Residence | Qış Parkının yanında premium yaşayış
Bakının ən nüfuzlu yaşayış komplekslərindən biri olan Malibo Residence-də zövqlə təmir edilmiş, 2 otağa ideal düzəlmə mənzil satılır.
Kompleks şəhərin tam mərkəzində, Qış Parkına bir neçə dəqiqəlik məsafədə yerləşir.
İdeal təmirli, içərisi əşyalarla dolu gir yaşa mənzildir.
Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub. Döşəmə bahalı parketlə işlənib, divarlar isə Trussardi divar kağızları ilə zövqlə tamamlanıb.
Mənzil bütün mebel və məişət texnikası ilə birlikdə satılır.
Üstünlükləri:
Çıxarış (kupça) mövcuddur, ipotekaya tam yararlıdır.
Qaz, su və işıq daimi təmin olunur.
24 saat mühafizə xidməti.
Kodlu giriş sistemi və sürətli liftlər.
Geniş, qapalı və təhlükəsiz həyət.
Fikri ciddi olan alıcılar əlaqə saxlasın.