Satılır 5 otaqlı həyət evi/bağ evi 200 m², Masazır q.
Həyət evi satışda
EVİN KEYFİYYƏTİ
Şəxsi evimdir. 2013-cü ildə tikmişəm. Birinci mərtəbə monolit (30 sm), 1 ilə 2-nin arası isə taxta poldur. Beton kəmər atılıb. Fundament bütün ev üzrə 6 ədəd 16-lıq armaturla hörülüb və 60x40 sm ölçüdə tökülüb. Bu günə qədər oturma, çat yoxdur. Bütün evə üzrə tok xətləri 4-lük (rozetka) və 2.5-lıq (işıqlandırma) ilə çəkilib.
OTAQLAR
5 otaq, 2 vanna otağı, 1 əlavə tualet, 1 teras, 2 balkon, 1 qarderob otağı var. Terras bağa açılır. Bağda çoxillik ağaclar və digər bitkilər var. Həyətdə manqal-samovar işlətmək üçün sahə də mövcuddur. Evin altında isə 1 tam mərtəbə podval var (hünd. 1.80).
TƏCHİZAT
Su, qaz, elektrik, internet, kanalizasiya (şambo deyil), hidrofor, kombi (Robello, 36-lıq), Ariston qızdırıcı.
ƏRAZİ
Ev Zərifə Əliyeva küçəsində yerləşir. Əliağa Vahid küçəsindəki dayanacağa 300 m. məsafə var. Yaxınlıqda 2 nömrəli məktəb, Araz market var. Bundan başqa məhəlləmizdə market, ət dükanı, meyvəçi, bərbər də mövcuddur. İşıqlı, sakit məhlədir. Bütün gur yağışlarda evin özünü və yaxınlğını su basmadı.
SƏNƏDLƏR
Torpağın sənədi çıxarışdır. Kənd təsərrüfatı təyinatlıdır.
Evin tikinti icasə sənədi var (icra hakimiyyətindən).
Real müştəriyə real endirim!
Ofus haqqı 1 %