Nərimanovda, Əliyar Əliyev küçəsində, "Modern" məktəbinin düz üzbəüzündə qanuni 4 otaqlı mənzil satılır. Metroya piyada cəmi 7-8 dəqiqəlik məsafədədir.
Köhnə tikilidir, Leninqrad layihəsidir. 9 mərtəbəli binanın orta blokunda, 4-cü mərtəbəsində yerləşir. Ümumi sahəsi 120 kvadratdır.
Mənzil tam təmirlidir, geniş otaqları var və içindəki bütün əşyaları ilə bir yerdə satılır. Tam gir-yaşa vəziyyətdədir. Binanın geniş həyəti, şlaqbaumlu girişi var və lifti tam təzə dəyişdirilib.
Sənədi tam qaydasındadır, çıxarış (kupça) var. Real alıcıya qiymətdə endirim olunacaq.